send link to app

Hurriyyet Qezeti


4.8 ( 3408 ratings )
Haberler
Geliştirici: Rasim Hamidi
ücretsiz

“Hürriyyət” qəzeti ictimi-siyasi media orqanı olaraq Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir. Qəzet ilk olaraq Naxçıvanda nəşr olunub və Azərbaycan Demokrat Partiyasının (ADP) mətbu orqanı kimi fəaliyyətə başlayıb. Daha sonra qəzetin yayımı bütün Azərbaycan ərazisini əhatə edib.
1992-ci ildə ADP İdarə Heyətinin qərarı ilə “Hürriyyət”in təsisçiliyi dönəmin tanınmış vəkili Qurban Məmmədova həvalə olunub. Nəticədə “Hürriyyət” qəzeti qısa müddətdə ölkənin ən aparıcı media subyektlərindən birinə çevrilib. 1997-98-ci illərədək qəzet 33 min tirajla çap olunub.
1998-ci ildə qəzetin təsisçisi Qurban Məmmədov siyasi baxışlarına görə 5 il müddətinə həbs olunduqdan sonra, “Hürriyyət”in fəaliyyətinə də çoxsaylı əngəllər törədilib. Bütün bunlara rəğmən, “Hürriyyət” qəzeti müyyən dövrlərdə həftəlik, həftədə iki dəfə və gündəlik nəşr olunmaqla, öz fəaliyyətini indiyədək davam etdirir.
Qurban Məmmədov azadlıqdan məhrum edildikdən sonra, “Hürriyyət”in təsisçiliyni müvəqqəti olaraq qəzetin hazırkı Baş redaktoru Vüqar Məmmədova həvalə edib.
Q.Məmmədov həbsdən çıxdıqdan sonra bir müddət öz qəzetçilik fəaliyyətini davam etdirsə də, 2005-ci ildə yenidən vəkillik fəaliyyətinə başlaması ilə əlaqədar olaraq, “Hürriyyət”in təsisçiliyini ADP sədri Sərdar Cəlaloğluna qaytarıb.
Hazırda “Hürriyyət” qəzeti MMC-nin nəzdində Hurriyyet.az saytı və Hurriyyet TV internet televiziyası fəaliyyət göstərir.